Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Tramp İranla danışıqlar üçün şərtini açıqladı: Əvvəlcə atəşkəs
07:18
350
ABŞ Prezidenti Donald Tramp fələstinli radikal HƏMAS hərəkatının birləşmələrinin tam tərksilah edilməsi barədə razılaşmanın Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunduğunu bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
"Mən vasitəçilərə — Misir, Qətər və Türkiyəyə göstərdikləri mühüm səylərə görə, xüsusən də yorulmaz fəaliyyətləri ilə bu tarixi miqyaslı dönüşü mümkün edən möhtəşəm komandama minnətdarlığımı bildirmək istəyirəm", — deyə amerikalı lider qeyd edib.
Tramp vurğulayıb ki, "7 oktyabr 2023-cü il tarixində Qəzzadan qaynaqlanan təhdidin yenidən baş qaldırmasına yol vermək olmaz".
Məryəm Quliyeva