Tramp Uitkoff və Kuşnerin Ukraynaya səfər edəcəyini bildirib Dünya

Tramp Uitkoff və Kuşnerin Ukraynaya səfər edəcəyini bildirib

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşner tezliklə Ukraynaya səfər edəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Trampla həmsöhbət olan "Financial Times" (FT) qəzeti məlumat verib.

"Tramp FT-yə diqqət mərkəzində Rusiya və Ukrayna müharibəsinin bitirilməsinin dayandığını bildirib. O əlavə edib ki, nümayəndələri — Cared Kuşner və Stiv Uitkoff yaxın günlərdə ilk dəfə Ukraynaya səfər edəcəklər", — deyə məqalədə qeyd olunur.

"Sadə dildə desək, biz Rusiya və Ukrayna müharibəsinin başa çatmasını istəyirik. Biz raketlərdə yox, sülhdə maraqlıyıq", — deyə ABŞ prezidenti vurğulayıb.

Məryəm Quliyeva