13:56
630![]()
İran Prezidenti Məsud Pezeşkiyan islam dövlətlərini kollektiv təhlükəsizliyi və xarici təhlükələrdən müdafiəni təmin edəcək razılaşmalara gəlməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "Al Mayadeen" telekanalı sitat gətirib.
"İslam ümməti əməkdaşlıq və həmrəylikdən başqa heç bir yolla müstəqilliyə və ləyaqətli həyata nail ola bilməz", — deyə siyasətçi bildirib. "Həqiqətə, ədalətə və qarşılıqlı məsuliyyətə əsaslanan birlik hazırda islam ölkələrinə ən çox lazım olan şeydir".
Pezeşkiyan Tehranda özünün dediyinə görə istisna şəraitdə keçirilən 40-cı beynəlxalq islam birliyi konfransının açılışında çıxış edib. Çıxışında o vurğulayıb ki, "heç bir islam ölkəsi digərinə qarşı təcavüz meydançasına çevrilməməlidir".
"İran ABŞ və İsrailin ona qarşı başladığı müharibədən müdafiə olunmaq üçün öz qanuni hüququndan istifadə edib, lakin bu, onun müsəlman qonşularına qarşı düşmənçiliyi demək deyil", — deyə o qeyd edib.
İslam Respublikası prezidentinin sözlərinə görə, İran "hazırda zəif mövqedə deyil və özünü necə müdafiə edəcəyini bilir".
Məryəm Quliyeva