"Qarabağ"ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi İdman

"Qarabağ"ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

"Xankəndi" klubu heyətinə daha bir futbolçu qatıb.

Bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

Müdafiəçi Nihad Tamazov ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Azərbaycanın U-21 millisinin sabiq üzvü daha əvvəl "Qarabağ" klubunun da formasını geyinib.