“Qarabağ” və “Tvente”nin sabiq futbolçusu: Onların da şansı var İdman

“Qarabağ” və “Tvente”nin sabiq futbolçusu: Onların da şansı var

“Bugünkü oyun çox vacibdir. “Qarabağ”ın 1:0 hesablı üstünlüyü var”.

Bu sözləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və “Tvente” klublarının sabiq futbolçusu Vaqif Cavadov deyib.

Cavadov “Qarabağ”ın Bakıda da yaxşı oyun göstərəcəyinə inandığını bildirib: “İnanıram ki, “Qarabağ” səfərdə sərgilədiyi oyunun eynisini Bakıda da göstərəcək və istədiyi nəticəni əldə edəcək. "Qarabağ" səfərdəki nəticəyə görə bir qədər üstündür. Amma bu onların turu keçəcəyinə qarantiya vermir. Hər şey ola bilər”.

Sabiq futbolçu “Tvente”nin də güclü komanda olduğunu vurğulayıb:

“İlk oyunda “Tvente”nin də çox yaxşı komanda olduğu göründü. Onların da qalib gəlmək şansı böyükdür. Ona görə bizi çox vacib oyun gözləyir. Güclü olan və şanslarını daha yaxşı dəyərləndirən tərəf qalib gələcək. Hər iki komandaya uğurlar arzulayıram”.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsinin ilk oyununda səfərdə “Tvente”ni 1:0 hesabı ilə məğlub edib.

Cavab qarşılaşması bu gün Bakıda keçiriləcək.