3 Oktyabr 17:04
3 Oktyabr 13:42
7 İyun 2022 19:18
5 383
Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək.
Bunu Serbiya baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç deyib.
Onun sözlərinə görə, Rusiya Serbiyaya ildə 2,2 milyard kubmetr qaz tədarük edir, amma ölkədə illik qaz istehlakı təxminən 3 milyard kubmetr təşkil edir.
"Qalan fərq qismən Macarıstandakı qaz anbarından təmin olunacaq. Gələn il biz həm də təxminən 40 faiz qazı Niş-Dimitrovqrad qaz xətti ilə ala biləcəyik. Biz gözləyirik ki, bu, ilk növbədə Azərbaycan qazı olacaq. Artıq qaz xəttinin tikintisinin başa çatacağı dövr üçün tədarük həcmlərinin rezervləşdirilməsi üçün danışıqlar aparılır", - deyə o bildirib.
3 Oktyabr 10:22
805
3 Oktyabr 10:21
868
2 Oktyabr 17:52
1 176