3 Oktyabr 17:04
3 Oktyabr 13:42
23 İyun 2022 12:30
5 733
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Azərbaycanda dayanıqlı inkişaf və bərpa olunan enerji sahələrində bir neçə layihə işə salacaq.
Trend-in məlumatına görə, bunu AYİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik iclası zamanı deyib.
"Biz artıq Gəncədə bərk məişət tullantılarının idarə olunması üzrə layihəni işə salmışıq. Bu yay günəş və külək enerjisi sahəsində daha iki layihə işə salacağıq", - deyə o bildirib.
Onun sözlərinə görə, AYİB bundan sonra da Azərbaycanda "yaşıl" iqtisadiyyatı dəstəkləyəcək.
"Bu il biz rəqəmsallaşma sektorunun təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, Orta Dəhlizə diqqət ayırmaqla nəqliyyat sektorunun inkişafı üzərində işləyəcəyik", - K.Mahmudova deyib.
3 Oktyabr 10:22
868
3 Oktyabr 10:21
952
2 Oktyabr 17:52
1 232