3 Yanvar 16:19
3 Yanvar 13:42
10 Oktyabr 2022 11:53
5 222
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ticarət dövriyyəsinin növbəti beş ildə iki dəfə artmaq potensialı var.
Bunu Beynəlxalq Ticarət Mərkəzinin nümayəndəsi Pol Kelli Aİ-nin "Şərq Tərəfdaşlığı" üzv ölkələri üçün rəqəmsal ticarət platformasının təqdimatı zamanı deyib.
"Aİ "Şərq Tərəfdaşlığı" ilə birlikdə Azərbaycanın ticarət dövriyyəsinin 37 faizindən çoxunu təşkil edir. Lakin bu ticarət həm məhsullar, həm də istiqamətlər baxımından şaxələndirmənin araşdırılması üçün böyük imkanlara malikdir", - deyə o bildirib.
P.Kelli qeyd edib ki, bu imkanlar nəzərə alınmaqla, növbəti beş il ərzində Azərbaycan və Aİ arasında ticarət iki dəfə artaraq 94 milyon avroya, Şərq Tərəfdaşlığı ölkələri ilə birlikdə isə bu rəqəm 180 milyon avroya çata bilər.
3 Yanvar 10:29
2 625
3 Yanvar 10:26
2 541
2 Yanvar 11:36
3 388