3 Oktyabr 17:04
3 Oktyabr 13:42
31 Oktyabr 2022 12:32
4 508
Çikaqo əmtəə birjasında buğda qiymətləri 6 faizdən çox artıb.
Bu gün səhər saatlarında bir buşel (35 kiloqramdan çox) buğdanın dekabr fyuçersləri 6,13 faiz bahalaşaraq 8,8 dollara çatıb.
Qeyd olunur ki, bahalaşmaya Rusiyanın "taxıl sazişi"ndən çıxmasını elan etməsi səbəb olub.
Xatırladaq ki, Rusiya XİN həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.
"Taxıl sazişi" bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunmuşdu.
3 Oktyabr 10:22
889
3 Oktyabr 10:21
973
2 Oktyabr 17:52
1 246