Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
28 Mart 16:56
28 Mart 16:56
2 Dekabr 2022 11:59
5 208
“Yaşıl Liman” konsepsiyası Bakı limanının gələcək inkişafına töhfə verir.
Trend-in məlumatına görə, bunu cümə günü iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Bakı Limanının əməliyyat imkanlarının təkmilləşdirilməsinə dəstək və “Yaşıl Liman” konsepsiyasının həyata keçirilməsi” layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın, demək olar ki, bütün sektorlar üzrə həyata keçirdiyi layihələri dəstəkləyir.
““Bakı limanının əməliyyat imkanlarının təkmilləşdirilməsinə dəstək və “Yaşıl Liman” konsepsiyasının həyata keçirilməsi” layihəsi ölkədə “yaşıl layihələr”in, o cümlədən “yaşıl iqtisadiyyat”, “yaşıl enerji” və digər layihələrin inkişafına əlavə stimul yaradır”, - deyə nazir müavini bildirib.
Məmmədov nəqliyyat layihələrinin həyata keçirilməsinin 2026-cı ilə qədər inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
28 Mart 10:16
1 421
28 Mart 09:17
1 582
27 Mart 12:35
1 911