Nümayəndələrimiz COMCEC-in iclasında iştirak edib İqtisadiyyat

Nümayəndələrimiz COMCEC-in iclasında iştirak edib

Tural


İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 31-ci iclası keçirilib. Tədbirdə davamlı inkişafın hədəfləri və 2015-ci ildən sonrakı inkişaf istiqamətlərinə dair məsələlər müzakirə olunub. Azərbaycanı tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. İclasda COMCEC-ə üzv ölkələrin tarixi abidələrinin qorunması və təbliğinə dair stendlər də nümayiş olunmuşdur. Azərbaycana dair stenddə ölkəmizdəki arxeoloji turizm obyektlərində görülən işlərə dair ingilis və ərəb dillərində məlumatlar və fotolar yerləşdirilmişdir.