7 Sentyabr 16:15
ANAMA sədri: Azad edilmiş ərazilərə təhlükəsiz qayıdış üçün minalarla çirklənmiş ərazilər çəpərlənir
Kamran Həbibov: Orta Dəhlizdə əks istiqamətdə yüklənmənin təmin olunması əsas çağırışlardan biridir
Trampın qərarına cavab: Kanada ilə ABŞ arasında tarif gərginliyi artır
WMO Baş katibi: Süni intellekt buzlaqların monitorinqində mühüm rol oynaya bilər
11:14
294
Son 11 il ən isti dövr olub.
APA xəbər verir ki, bunu "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda paneldə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi professor Celeste Saulo deyib.
O, Nepalda baş verən dağıdıcı daşqınların istiləşən kriyosferin bir neçə saat ərzində fəlakətlərə səbəb ola biləcəyini bir daha göstərdiyini qeyd edib: “İnsanları və iqtisadiyyatları proqnozlaşdırılan hadisələrin təsirlərindən qorumaq elmi biliklərin vaxtında və praktik tədbirlərə çevrilməsindən asılıdır. Bunun üçün iqlim dəyişmələri ilə mübarizədə mövcud olan bütün vasitələrdən istifadə edilməlidir. Süni intellekt bizə bu imkanları gücləndirmək üçün yeni fürsətlər yaradır. Süni intellekt proqnozların bir neçə dəqiqə ərzində hazırlanmasına kömək edə bilər. Proqnozların dəqiqliyini və düzgünlüyünü artırmağa, əvvəllər həftələr tələb edən hesablamaları bir neçə dəqiqə ərzində aparmağa imkan verə bilər”.
Celeste Saulo çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinin, iqlim məlumatları xidmətlərinin və müşahidə şəbəkələrinin mühüm ictimai infrastruktur olduğunu bildirib.
O qeyd edib ki, bu sistemlər insanları qoruyur, iqtisadi inkişafı dəstəkləyir və icmalara dəyişən iqlimə hazırlaşmağa kömək edir.
11:32
28
11:30
147
11:28
182