Qeyri-neft məhsulları ilə bağlı mühüm sərəncam İqtisadiyyat

Qeyri-neft məhsulları ilə bağlı mühüm sərəncam

Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi mexanizmi, habelə xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizmini tənzimləyən normativ hüquqi aktların layihələrini bir ay müddətində hazırlayıb prezidentə təqdim etmək həvalə olunub.
İqtisadiyyat Nazirliyinə isə ixrac yönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə prezidentin 2009-cu il 7 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlamaq, habelə potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək, ixrac məlumat bazasının (elektron portal) formalaşdırılmasını təmin etmək tapşırılıb.