Azərbaycan klublarından UEFA reytinqində tarixi nəticə İdman

Azərbaycan klublarından UEFA reytinqində tarixi nəticə

Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 əmsal qazandırıb.

Bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir.

İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018 mövsümündə göstərmişdilər. Həmin vaxt bu göstərici 2,250 əmsala bərabər olub.

Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün "Sabah" 1,000, "Qarabağ" 0,750+, "Zirə" 0,625, "Neftçi" 0,250 əmsal əldə edib.