3 Oktyabr 17:04
3 Oktyabr 13:42
28 Yanvar 2023 12:44
5 075
Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə cərimələr müəyyən edilib.
Trend-in məlumatına görə, Prezident İlham Əliyev bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək. Qeyd olunan xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər 9 min manatdan 12 min manatadək məbləğdə cərimə ediləcək. Qanun 2023-cü il aprelin 1-dən qüvvəyə minəcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
3 Oktyabr 10:22
798
3 Oktyabr 10:21
861
2 Oktyabr 17:52
1 169