“Məktəblərdə aqressiyanın kökü cəmiyyətdədir”
27 Oktyabr 16:10
27 Oktyabr 16:10
27 Oktyabr 15:06
27 Oktyabr 12:49
27 Oktyabr 12:16
ABŞ şatdaun səbəbilə nüvə silahlarının hazırlanmasında illərini itirə bilər
Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb
Yaponiya və ABŞ arasında münasibətlərin yeni qızıl dövrü haqqında saziş imzalanıb
Türkiyə Britaniya ilə ticarət həcmini 40 milyard dollara çatdırmağı planlaşdırır
24 Mart 2023 15:48
4 697
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb.
Bu barədə APA-ya SOCAR-dan bildirilib.
SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-nin məlumatına görə, “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb.
Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir.
2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tankeri Aktau limanından martın 27-də yola düşəcək.
SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.
27 Oktyabr 15:37
1 288
27 Oktyabr 15:36
1 211
27 Oktyabr 15:12
1 246