Şahmar Mövsümov: Əminəm ki, milli inkişaf prioritetlərinin hər biri icra olunacaq İqtisadiyyat

Şahmar Mövsümov: Əminəm ki, milli inkişaf prioritetlərinin hər biri icra olunacaq

Biz yeni mərhələyə keçidə hazırlaşırıq. İki il əvvəl prezidentin imzaladığı milli inkişaf prioritetlərində bu mərhələ haqqında məlumat əks olunub.

Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Birinci rəqabətli iqtisadiyyatı inkişaf etdirməliyik, ikinci sosial ədalət əsasında fəaliyyət göstərən cəmiyyət qurmalıyıq, üçüncü 21-ci əsrin tələblərinə uyğun insan kapitalının inkişaf etdirilməsi, dördüncü isə böyük qayıdış, işğaldan azad olunmuş ərazilərə qayıdışı ehtiva edir. Milli prioritetlər strateji istiqamətlər üzrə bölünüb. Onlardan biri artıq qəbul olunub və sosial-iqtisadi inkişaf ilə əlaqədar olanı 2026-cı ilə qədər icra olunur. Əminəm ki, tədricən hər biri icra olunacaq", - deyə Şahmar Mövsümov əlavə edib.