“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
1 İyun 2023 07:29
2 730
Cari ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 405,4 milyon ABŞ dolları, Rusiya Federasiyasına 285,2 milyon ABŞ dolları, Gürcüstana 142,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 49,2 milyon ABŞ dolları, Qazaxıstana isə 34,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may sayına istinadla bildirir ki, bu ilin aprel ayının qeyri-neft ixracı 275 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 208,7 milyon ABŞ dollarına bərabər olub.
Bu ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (84,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (65,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33,4 milyon ABŞ dolları) üçüncü olub.
30 Dekabr 2025 17:05
1 778
30 Dekabr 2025 16:41
1 834
30 Dekabr 2025 16:22
1 911