Rusiya ordusu Çerniqov vilayətində meriya binasına PUA ilə zərbə endirib, yanğın başlayıb
IDF İranın ballistik raketlər üçün material istehsal edən azsaylı zavodlarından birini bombalayıb
Bakıda avtomobildə nəzarətsiz qalan 2 azyaşlı qəza törədib, ölən və xəsarət alan var
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
5 İyun 2023 12:50
3 675
Azərbaycanda istehlak kreditləri verən bankların sayı kifayət qədərdir.
Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
O qedy edib ki, əlavə istehlak kreditlərinin verilməsi o qədər də maraqlı deyil. “Çünki 24 bankımız bu sahədə çalışır. Kiçik, orta sahibkarlığa dəstək, koorporativ, investisiya banklarının olması daha vacibdir”.
T.Kazımov bildirib ki, Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici bankların investisiya bankı olması maraqlıdır. “Ölkəmizin maliyyə, makroiqtisadi sabitliyinə xələl gətirmədən, siyasi problemlər yaratmadan, xarici bankların, sığorta və investisiya şirkətlərinin Azərbaycanda fəaliyyətini müzakirə etməyə şad olarıq”, - deyə o əlavə edib.