“Fermerlərə 400 milyon dollar məbləğində vəsait ayrılıb” İqtisadiyyat

“Fermerlərə 400 milyon dollar məbləğində vəsait ayrılıb”

Malena Mard: "Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatı sektoruna ən çox sərmayə yatıranlardan biridir"

"Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatı sektoruna ən çox sərmayə yatıranlardan biridir. Bizim bir sıra layihələrimiz mövcuddur. Daha konkret desək, bizim hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə davam etməkdə olan bir əməkdaşlığımız var ki, bu çərçivədə 400 milyon ABŞ dolları məbləğində vəsait banklar vasitəsilə fermerlərə ayrılıb".
Bu sözləri Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Malena Mard bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə aparılan ortaq işlərdən biri də elektron kənd təsərrüfatı proqramlarının genişləndirilməsi ilə bağlıdır: "Bu da öz növbəsində subsidiyaların da təkmilləşdirilməsinə gətirib çıxaracaq. Əməkdaşlıq etdiyimiz digər istiqamət təhsil sahəsidir. Texniki peşə məktəbləri və ADA ilə kənd təsərrüfatı sahəsində təhsilin daha yüksək səviyyəyə çatdırılması üçün birgə işləyirik. Bununla yanaşı, baytarlıq xidməti sahəsində davam etməkdə olan tvinning layihəmiz mövcuddur".