19 İyul 2024 10:56
3 738
Sumqayıt şəhər sakini olan bir nəfərin aldadılaraq 21500 manat pulunun alınması barədə polisə məlumat daxil olub.
APA DİN-ə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri təbirlərlə dələduzluq əməlində şübhəli bilinən A.Əmrahov saxlanılıb.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təbirlərlə isə şəhər sakini olan bir nəfərin 600 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
16:51
224
16:51
217
16:50
238