3 Oktyabr 17:04
3 Oktyabr 13:42
9 Avqust 2024 16:27
4 795
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxsi nəzdində Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında 8 avqust 2024-cü il tarixində Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən “APA-Economics”ə bildirilib ki, memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.
Əməkdaşlıq çərçivəsində ETX-nin UFAZ-da təhsil alan tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil etməsi, həmçinin qurum nümayəndələrinin universitet tərəfindən təşkil edilmiş tədbirlərdə qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.
3 Oktyabr 10:22
749
3 Oktyabr 10:21
812
2 Oktyabr 17:52
1 148