“Qaz ixracı və yaşıl enerji artırılır”
3 Mart 21:15
3 Mart 21:15
3 Mart 21:14
3 Mart 19:19
Tramp: Şahın oğlu İranda hakimiyyət üçün düşündüyümüz şəxslər arasında deyil
İrandan Azərbaycan sərhədi ilə indiyədək təxliyə edilənlərin sayı 1200-ə çatıb - FOTO
İrana qarşı əməliyyatlarda ABŞ-ın 50 mindən çox hərbçisi iştirak edir
11 illik təhsil üzrə buraxılış imtahanında 58 mindən çox şagird iştirak edəcək
İMQ Tehrandakı komanda mərkəzlərinə onlarla sursat atdığını bildirib
18 Sentyabr 2024 13:45
4 151
Almaniyanın "Uniper" şirkəti Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının alışını iki dəfə artırmaq niyyətindədir.
Bunu "APA-Economics"ə şirkətin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli bildirib.
Onun sözlərinə görə, hazırda şirkət ildə 1,5 mlrd. kubmetr Azərbaycan qazı alır və həcmləri iki dəfə artıra bilər.
"Biz həcmləri artırmaq istəyirik və bu sahədə danışıqlar gedir. Lakin danışıqlar səviyyəsində olduğundan, mən bunun detallarını açıqlaya bilmərəm", - Rəşad Hüseynli bildirib.
O, qeyd edib ki, həcmlər əsasən infrastrukturun imkanlarından (artırılmasından -red) asılı olacaq və bu məsələdə SOCAR-a dəstək lazımdır, xüsusilə də, Avropa İttifaqı tərəfindən.
Rəşad Hüseynli onu da əlavə edib ki, hazırda bütün maliyyə qurumları qaz layihələrinə investisiya qoymaqdan çəkinir və yaşıl enerji layihələrinə üstünlük verir.
"Amma bizim niyyətimiz var və alınsa, biz artırmağa hazırıq", - "Uniper" nümayəndəsi qeyd edib.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.