İdeoloji məsələləri sosial şəbəkə qəhrəmanlarının öhdəsinə buraxmaq olmaz - RƏY
“Bu, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinin önəmini bir daha göstərir”
Mərkəzi Bank və Dünya Bankı maliyyə sektorunun dayanıqlılığını müzakirə edib
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb
161 saylı tam orta məktəbin şagirdləri velosiped yarışında fərqləndilər
2 Dekabr 2024 16:58
3 633
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ötən ayla müqayisədə 3,6% və ya 403,9 mln. dollar azalaraq 10 milyard 967,8 milyon ABŞ dollarına enib.
Xalqcebhesi.az AMB-yə istinadən xəbər verir ki, valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 5,6% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 3,3% artıb.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin sentyabr ayında pik həddə çatıb və 11 milyard 795,8 milyon dollara bərabər olub. Bundan sonra isə AMB dövlət ehtiyacları nəzərə alınmaqla valyuta satışını artıracağını açıqlayıb.