
İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama
26 Aprel 18:40
26 Aprel 18:40
26 Aprel 16:43
26 Aprel 16:14
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 49 622,97 min ABŞ dolları dəyərində 111 520,43 ton neft məhsulları ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 40%, həcmi isə 84,2% çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5%, həcmi isə 41,9% azalıb.