3 Oktyabr 17:04
3 Oktyabr 13:42
19 Mart 2025 14:21
9 233
Energetika naziri Pərviz Şahbazov ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara ilə enerji əməkdaşlığının inkişafını müzakirə edib.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara ilə enerji əməkdaşlığının inkişafını müzakirə etdik. Uzunmüddətli enerji tərəfdaşlığımızın genişləndirilməsi perspektivlərini, həmçinin Azərbaycanın iştirakı ilə müxtəlif marşrutlar, mənbələri əhatə edən yaşıl enerji interkonnektorları layihələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və regionlararası əlaqələrin gücləndirilməsini təşviq edən əhəmiyyətini dəyərləndirdik”, - paylaşımda qeyd olunur.
3 Oktyabr 10:22
798
3 Oktyabr 10:21
854
2 Oktyabr 17:52
1 169