12:40
637
Son 6 il ərzində qeyri-neft-qaz ixracı 2 dəfə artıb.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi iqtisadiyyat naziri Mikayıl Cabbarov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.
Nazir bildirib ki, 2019-2024-cü illərdə qeyri-neft-qaz ixracı 2 dəfə böyüyərək 3,4 mlrd. ABŞ dolları olub, ixrac olunan əmtəə sayı 15% artaraq 2810-a çatıb: “Neft-qaz qiymətlərinin və hasilatın azalmasına baxmayaraq, 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 mlrd. ABŞ dolları səviyyəsində sabitləşib. 2022-2024-cü illərdə xarici ticarət balansında isə ARDNF-in qızıl idxalı istisna olmaqla orta illik hesabla 16 mlrd. ABŞ dolları məbləğində müsbət saldo olmuşdur. Qeyri-neft-qaz xidmətləri ixracı isə 45%-dək artaraq 6,5 mlrd. ABŞ dollarını ötüb”.