"ABŞ diplomatik müstəvidə dönüş yaratmaq istəyir"
18 Noyabr 18:59
18 Noyabr 18:59
18 Noyabr 16:38
18 Noyabr 15:15
18 Noyabr 13:51
11:29
567
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, Rusiya Dağ Yəhudiləri Birliyinin Mədəniyyət Mərkəzində azərbaycanlı rejissor Rüfət Əsədovun “Ana duası” filminin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi Beynəlxalq Dağ Yəhudiləri Fondunun və "Sholumi" Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.
Ekran əsəri Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir. Dağ yəhudilərinin ölkəmizin təbliği ilə bağlı İsraildə gördükləri əhəmiyyətli işlərə həsr olunan filmdə Azərbaycan və yəhudi xalqlarının tarixi dostluğu tərənnüm olunur.
Ekran əsərinin qəhrəmanı Oğuzda doğulan, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından biri olan ravvin Şmuel Simantovdur. Filmin prodüsseri İsraildəki Azərbaycan diasporunun fəallarından olan Shaul Siman-Tovdur.
Sözügedən sənədli film rejissor Rüfət Əsədovun dağ yəhudiləri haqqında yeddinci filmidir.
10:31
658
18 Noyabr 13:53
1 183
18 Noyabr 13:39
1 183