Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi mlrd. dolları ötüb İqtisadiyyat

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi mlrd. dolları ötüb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycanla 1,09 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə dəyər 2,26% artıb.

İlk 10 ayda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,3% payla qonşu ölkənin Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra VI əsas ticarət tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 587,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin analoji göstəricisindən 3,8% azdır. Azərbaycan Gürcüstanın ixracında 10,1% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra IV yeri tutub.

Gürcüstanın Azərbaycandan idxalının həcmi isə illik müqayisədə 10,2% artaraq 505,8 milyon ABŞ dollarına bərabər olub. Azərbaycan 3,4% payla qonşu ölkənin idxalında ABŞ, Türkiyə, Çin, Rusiya və Almaniyadan sonra VI yerdə qərarlaşıb.

Yanvar-oktyabrda Gürcüstanın xarici ölkələrlə ümumi ticarət dövriyyəsinin dəyəri 20,8 milyard ABŞ dolları, o cümlədən ixracın dəyəri 5,83 milyard ABŞ dolları, idxalın dəyəri isə 14,9 milyard ABŞ dolları təşkil edib.