İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
19 Noyabr 2025 12:44
5 880
Moskvada, Rusiya Dağ Yəhudiləri Birliyinin Mədəniyyət Mərkəzində azərbaycanlı rejissor Rüfət Əsədovun “Ana duası” filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Beynəlxalq Dağ Yəhudiləri Fondunun və “Sholumi” Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.
Ekran əsəri Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir. Dağ yəhudilərinin ölkəmizin təbliği ilə bağlı İsraildə gördükləri əhəmiyyətli işlərə həsr olunan filmdə Azərbaycan və yəhudi xalqlarının tarixi dostluğu tərənnüm edilir.
Ekran əsərinin qəhrəmanı Oğuzda doğulan, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından biri olan ravvin Şmuel Simantovdur. Filmin prodüseri İsraildəki Azərbaycan diasporunun fəallarından olan Shaul Siman-Tovdur.
Sözügedən sənədli film rejissor Rüfət Əsədovun dağ yəhudiləri haqqında yeddinci ekran əsəridir.
25 Mart 16:21
1 281
23 Mart 22:02
2 667
23 Mart 17:27
2 940