"ABŞ diplomatik müstəvidə dönüş yaratmaq istəyir"
18 Noyabr 18:59
18 Noyabr 18:59
18 Noyabr 16:38
18 Noyabr 15:15
18 Noyabr 13:51
Qanunsuz ovlanmış nərə balıqlarının satışının qarşısı alınıb
Nazir: Qeyri-neft-qaz özəl sektorda əmək haqları mərhələli şəkildə vergiyə cəlb ediləcək
AMB sədri: İslahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəb olub
Misli Premyer Liqası: XII turun açılış oyunu FIFA referisinə tapşırılıb
DÇ-2026: Erlinq Holann Avropa zonası üzrə seçmə mərhələnin ən sərrast hücumçusu olub
11:58
532
Təqdim edilən büdcə layihəsi zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır.
APA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir: “Bu qələbə məhz Prezident cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda həyata keçirilən ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər olunması nəticəsində əldə edilmişdir. Bu gün təqdim edilən büdcə layihəsi də məhz zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır”.
Nazir bildirib ki, növbəti ilin büdcə layihəsi də tarixi Zəfərə gətirib çıxarmış yolun davamı kimi təqdim olunur: “Uzunmüddətli makroiqtisadi dayanıqlılığın təməl şərtləri olan strateji valyuta ehtiyatlarının 82,5 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizinə bərabər olması iqtisadi siyasətin səmərəliliyinin və islahatların nəticələrinin daha bir göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən də nəzərə alınır və Fitç agentliyindən sonra cari ildə Moody`s tərəfindən də Azərbaycanın suveren kredit reytinqi investisiya dərəcəsinə qaldırıldı”.
Maliyyə naziri qeyd edib ki, dövlətimizin artan imkanları sosial təminatın gücləndirilməsinə, ölkəmizin sosial rifah dövləti mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb: “Dövlət başçısının təşəbbüsləri nəticəsində, 2025-ci ildə beşinci sosial islahat paketi reallaşdırıldı, minimum əmək haqları, minimum pensiya, müavinət və təqaüdlərin məbləğləri artırıldı. Bütün bu islahatlar cənab Prezidentin əhalinin, xüsusilə sosial həssas qrupdan olan vətəndaşlarımızın rifahının daha da yaxşılaşmasına göstərdiyi diqqətin növbəti təzahürüdür”.
12:47
322
12:47
301
12:46
308