29 Avqust 11:17
28 Avqust 14:41
08:27
266
ABŞ prezidenti Donald Tramp öz vəzifəsinin risklərini dərk etdiyini və güllələnmək qorxusu ilə yaşamadığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp Fox News-a verdiyi müsahibədə deyib
"Bu, təhlükəli peşədir. Yalnız güclü prezidentlərə atəş açılır və ya güllələnir. Mən isə çox nüfuzlu biriyəm. Biz bütün dünyanı dəyişdik, ölkəmizi xilas etdik", — deyə bildirib
O, baş vermiş qəsd cəhdlərindən sonra qorxu içində yaşamadığını qeyd edib.
2024-cü ilin iyulunda Pensilvaniyanın Batler şəhərində seçkiqabağı mitinq zamanı Tramp tüfəngdən açılan atəş nəticəsində sağ qulağından yaralanmışdı.
Bu ilin 25 aprel tarixində isə Vaşinqtondakı otellərdən birində media işçilərinin şərəfinə təşkil olunmuş ziyafətdə 31 yaşlı Kaliforniya sakini atəş açıb. Həmin vaxt prezident xəsarət almayıb, hücum edən şəxs isə ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Məryəm Quliyeva