11:07
497
Yunanıstan parlamenti cümə günü 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib. Məhdudiyyət yetkinlik yaşına çatmayanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi daşıyır və 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Baş nazir Kiriakos Mitsotakis bildirib ki, sosial platformaların konfidentsiallığa əməl etməklə istifadəçilərin yaşını yoxlamaq mexanizmlərini hazırlamaq üçün iki ay yarım vaxtı var.
Yunanıstan hakimiyyəti qadağanın zəruriliyini sosial şəbəkələrdən həddindən artıq istifadə ilə bağlı risklərlə, o cümlədən yuxu pozğunluğu, diqqət dağınıqlığı və canlı ünsiyyətin azalması ilə izah edir.
Yunanıstan Avropa Komissiyası ilə birlikdə istifadəçilərin yaşının yoxlanılması sistemini hazırlayan yeddi Aİ ölkəsindən biridir. Bundan əvvəl Avstraliya yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışını məhdudlaşdıran qanun qəbul edən ilk ölkə olmuşdu.
Məryəm Quliyeva