Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir
Bakı Metropoliteni: “20 Sentyabr” stansiyasının gələn il tam istismara verilməsi hədəflənir
“Azərbaycan radiolarının siqnalı niyə ölkə ərazisində zəifləyir?”
Milli Məclis Qismən yenilənmiş Radiorabitə Reqlamentini təsdiq edib
11:19
504
“Ermənistan rəhbərliyinin sülh müqaviləsinin imzalanması ilə bağlı ziddiyyətli açıqlamaları göstərir ki, İrəvan praktiki sülhün əhəmiyyətini ciddi dərk etmir”.
Xalq Cəbhəsi.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı millət vəkili Kamal Cəfərov deyib.
Deputat bildirib ki, sülh ciddi məsələdir və hansısa siyasi kampaniyanın aləti deyil:
“Son zamanlar Ermənistan rəhbərliyinin sülh gündəliyi ilə bağlı dəyişikliklərini müşahidə edirik. Bir həftə əvvəl sülh müqaviləsini 2031-ci ilə qədər, bir həftə sonra isə 2027 və 2028-ci illərdə imzalamaq dərəcəsini dəyişir.
Bu faktın özü bir daha təsdiq edir ki, Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini ciddi dərk etmir. Sülh ciddi məsələdir, hansısa siyasi kampaniya aləti deyil. Görürük, İrəvan sülh gündəliyini öz daxili siyasi təqviminin girovuna çevirməklə vaxt uzatmağa çalışır.
Ona görə də cənab Prezident İlham Əliyevin dediyi kimi, indiki Ermənistan rəhbərliyindən sülh göyərçini düzəltmək istəyənlər bir daha görsünlər ki, əsl sülh istəyən tərəf belə təzadlı açıqlamalar verməz. Sülhü ölkə gündəliyinin ən sonuncu təqvim predmetinə çevirməz. Sülhü hakimiyyətdə qalmaq üçün siyasi alətə çevirməz.
Buradan görünən mənzərə odur ki, İrəvanda hələ də illüziyalarla yaşayanlar var. Onlar düşünürlər ki, müxtəlif bəhanələrlə vaxt uzatmaqla həm daxili auditoriyanı aldatmaq olar, həm də xarici havadarlarının köməyi ilə hansısa güzəştlərə nail ola bilərlər.
Biz heç vaxt, heç cür güzəştə getmirik. Ermənistan rəhbərliyi də, xalqı da əmin olsun ki, sülh ən çox onlara lazımdır. Biz isə gec-tez istədiyimizə nail olacağıq və heç kəs bizim iradəmizə təsir edə bilməz”.
Günel Elxan