Ermənistanda keçmiş prezidentin oğlunun həbs müddəti uzadılıb Dünya

Ermənistanda keçmiş prezidentin oğlunun həbs müddəti uzadılıb

İrəvanın Antikorrupsiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs qətimkan tədbirini daha iki ay uzadıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Hakop Kyuregyan məlumat verib.

"Həbs müddəti iki ay uzadıldı. Məhkəmə sisteminə ümumi təzyiqi və hakimiyyətin təqsirləndirilən şəxsin lehinə olan məhkəmə aktlarına reaksiyasını nəzərə alsaq, bu mərhələdə başqa bir qərar gözləmək çətin idi", - deyə vəkil bildirib. O, məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini əlavə edib.

Məryəm Quliyeva