23 May 2019 16:27
1 302
Cari ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 1,392 milyard manat olub. Komitədən bildirilib ki, dörd ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 314 milyon 800 min manat, əlavə dəyər vergisi üzrə 967 milyon 778 min manat, aksizlər üzrə 96 milyon 63 min manat, yol vergisi üzrə isə 13 milyon 216 min manat təşkil edib.