Türkiyənin türkdilli ölkələrə ixracı artıb İqtisadiyyat

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

2020-ci ilin yanvarında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 28 faiz artaraq 365,588 milyon dollar təşkil edib.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvarı üzrə ümumi ixracında türkdilli ölkələrin payı 2,5 faizə bərabər olub.
Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin yanvarı ilə müqayisədə 6,9 faiz azalaraq 302,484 milyon dollar təşkil edib.
Türkiyənin 2020-ci ilin yanvarı üzrə ümumi idxalında türkdilli ölkələrin payı 1,6 faizə bərabər olub.
Qeyd edək ki, 2020-ci ilin yanvarında Türkiyənin xarici ticarət dövriyyəsi 33,966 milyard dollar təşkil edib.
Hesabat dövründə Türkiyənin ixracı ötən ilin yanvarı ilə müqayisədə 6,9 faiz artaraq 14,759 milyard dollara, idxalı isə 18,8 faiz artaraq 19,207 milyard dollara bərabər olub.