2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
MN rəhbərliyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - VİDEO
Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik
Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur
17 Mart 2020 11:23
2 107
Koronavirus epidemiyasının yayılması ilə bağlı dünyanın bir sıra ölkələrində sahibkarların dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsində güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
O bildirib ki, Azərbaycanda da hökumət daxilində bu istiqamətdə müzakirələr aparılıb:
"Koronavirusla bağlı görülən tədbirlər strukturlar arasında uyğunsuzluq yaradır. Müqavilələrdə fors-major hallarla bağlı xüsusi maddə var. Amma fors-major hallara epidemiyanın yayılması daxil deyil. Belə halda müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi bizə lazım olacaq. Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir”.
Qeyd edək ki, koronavirus epidemiyasının yayılması ilə bağlı dünyanın bir sıra ölkələrində sahibkarların dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsində güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.
17:34
280
17:15
336
16:51
539