11 İyul 18:36
İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
27 Aprel 2020 12:46
1 757
Çindən Avropaya hərəkət edən və Avstriya Dəmir Yollarının operator olduğu növbəti yük karvanı Bakı Limanından keçərək Türkiyənin Köseköy məntəqəsinə istiqamətlənib.
“APA-Economics”in Bakı Limanına istinadən verdiyi məlumata görə, əsasən elektron cihazlar, maşın avadanlıqları və digər istehlak mallarından ibarət qatar Çinin Sian şəhərindən Bakı Limanına 6 günə çatıb.
Məlumata görə, sayca ikinci olan və 115 vaqondan ibarət qatarın operatoru Avstriya Federal Dəmir yollarının logistika üzrə törəmə şirkəti “ÖBB Rail Cargo Group”dur. Avropada bir çox filialı, 8500 nəfər işçi qüvvəsi və illik 2.3 milyard avro dəyərində dövriyyəsi olan “ÖBB Rail Cargo Group” Avropanın aparıcı dəmir yolu logistika şirkətlərindən biridir.
Gələcəkdə də Sian-Köseköy marşrutu üzrə qatarların daim işləyəcəyi, Orta Dəhliz (Middle Corridor) və Çin-Türkiyə-Avropa Birliyi dəhlizinin mühüm bir hissəsi olacağı nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu ilin noyabr ayının 25-də Bakı Limanı, Avstriyanın “ÖBB Rail Cargo Group”u və Niderlandın “Cabooter Group”u ilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalayıblar. Saziş Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsini ehtiva edir.
11 İyul 18:38
1 260
11 İyul 14:09
1 253
11 İyul 12:15
1 267