Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
20 May 2020 17:12
4 494
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa etdiyi ölkələrin sayı 40-a çatıb. Nazirlikdən verilən məlumata görə, qurum tərəfindən yük aviaşirkətləri ilə danışıqlar davam etdirilərək beynəlxalq poçtdaşımaları barədə yeni razılıqlar əldə olunub.
Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Finlandiya, Honkonq, Gürcüstan, Estoniya, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Koreya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu aparılır. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar “Azərpoçt” MMC-nin saytında (azerpost.az) yerləşdiriləcək.
Qeyd edək ki, hazırda adıçəkilən ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur. Xatırladaq ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla “Azərpoçt” MMC 14 aprel tarixindən etibarən 18 ölkəyə, aprelin 29-dan isə daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Yeni qərarla qeyd olunan dövlətlərin sayı 40-a çatdırılıb.
16 May 10:37
1 694
15 May 17:25
1 813
15 May 15:45
1 820