Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Oktyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 1,34% – 27,772.76 bəndədək, S&P 500 indeksi 1,40% – 3,360.95 bəndədək, Nasdaq indeksi isə 1,57% – 11,154.61 bəndədək enib.

Avropa fond bazarlarında oktyabrın 6-da FTSE 100 indeksi 0,12% – 5,949.94 bəndədək, Fransa CAC-40 indeksi 0,48% – 4,895.46 bəndədək, Almaniya DAX-ı isə 0,61% – 12,906.02 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,31% azalaraq 1 911,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,46% azalaraq 1,1732 dollar təşkil edib.