Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
15 Dekabr 2020 11:55
2 072
Silahlı Qüvvələrə Yardım Fonduna edilən ianələrin 54%-i özəl sektor tərəfində həyata keçirilib.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən "KPMG Azerbaijan" şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan "Azərbaycanda Xarici Biznes 2020" hesabatının rəsmi təqdimatında deyib.
Nazir əlavə edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin 15,94%-i özəl sektorun payına düşüb.
M. Cabbarov onu da qeyd edib ki, hazırda Azərbaycan qarşısında duran məsələlər işğaldan azad edilmiş torpaqlarda iqtisadi infrastrukturun yaradılması, yaşayışın təmin edilməsi və COVID-19 pandemiyasına qalib gəlməkdir.
Qeyd edək ki, "Azərbaycanda Xarici Biznes 2020" hesabatı Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır və xüsusilə də ölkədəki investisiya mühitinə fokuslanır.
25 Oktyabr 17:37
1 764
25 Oktyabr 14:18
2 002
25 Oktyabr 14:17
1 806