12 Mart 2021 11:14
1 589
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 11-də 69,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,16 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,16 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,4 dollar/barel çoxdur.
3 Noyabr 18:01
1 050
3 Noyabr 17:14
1 001
3 Noyabr 17:05
1 064