24 Sentyabr 18:13
24 Sentyabr 16:44
24 Sentyabr 15:59
2 Aprel 2021 11:12
2 527
OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının azaldılmasına dair öhdəliklərə fevral ayında 115 faiz əməl edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “OPEC+” nazirlərinin videokonfrans formatında keçirilən 15-ci iclasında deyilib.
Bildirilib ki, fevralda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları ardıcıl 7-ci ayda da azalıb. Lakin yenə də ehtiyatlar 2015-2019-ci illərin orta göstəricisindən yuxarıdr.
İclasda Müştərək Texniki Komissiya (JTC) tərəfindən hazırlanan aylıq hesabat və qlobal neft bazarındakı inkişafları nəzərdən keçirilib, OPEC və OPEC-ə üzv olmayan ölkələrin öhdəliklərə əməletmə səviyyəsindəki müsbət performans alqışlanıb.
Həmçinin Səudiyyə Ərəbistanının aprel ayında da neft hasilatını sutkada 1 milyon barrel könüllü tənzimləməsi təşəbbüsünün əhəmiyyəti vurğulanıb.
24 Sentyabr 16:48
749
24 Sentyabr 16:46
756
24 Sentyabr 16:45
791