21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
Prezident: Əminəm ki, yeni layihələr Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq
Prezident: Əminəm ki, yeni layihələr Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq
Prezident Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
2 Aprel 2021 11:55
2 506
Bu ilin yanvar-mart aylarında Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 52,7 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30,7% çoxdur.
"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.
Məlumata görə, ilin əvvəlindən şirkət 136,2 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 10,5% çoxdur.
Qeyd olunur ki, qaz alışı xüsusən Almaniya (+33,3%), Türkiyə (+106,6%), Finlandiya (+67,3%), Bolqarıstan (+52,4%), Serbiya (+71,3%), Rumıniya (+90,4), Polşaya (+18,5) və Yunanıstan (+23,4%) kimi Rusiya "mavi yanacağı"nın istehlakçıları tərəfindən artırılıb.
Qeyd edək ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.