2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
MN rəhbərliyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - VİDEO
Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik
Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur
12 Aprel 2021 14:57
3 199
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan Trend-ə verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya (Nordrhein-Westfalen), Nepal Federativ Respublikasının Karnali (Karnali) və Baqmati (Bagmati) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya, Nepal Federativ Respublikasının Karnali və Baqmati inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından və Nepal Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
17:34
266
17:15
336
16:51
539