“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
14 Aprel 2021 12:56
2 100
Banklar vəsaitlərin cəlb edilməsində maraqlıdır və Azərbaycanda kommersiya bankları əsasən beynəlxalq maliyyə institutları və ayrı-ayrı qurumlara ilə bu istiqamətdə əməkdaşlıq edirlər.
"APA-Economics"in məlumatına görə, bunu "Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu" mövzusunda keçirilən onlayn konfransda çıxış edərkən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq devalvasiyadan sonra və COVID-19 pandemiyası dövründə bir qədər səngisə də, hazırda yenidən aktiv şəkildə davam etməkdədir: "Xüsusən son dövrlərdə devalvasiyadan sonra meydana çıxmış yeni format, svop qaydasında manatla vəsaitlərin cəlb edilməsi modeli fəaliyyətdədir və banklar bu modelin inkişaf etməsində maraqlıdırlar".
Z. Nuriyev qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) buna bənzər əməliyyat həyata keçirib və bundan başqa, Asiya İnkişaf Bankı bununla əlaqədar bir tədbir həyata keçirdib.
ABA-nın prezidenti vurğulayıb ki, bundan sonrakı mərhələdə də bu formatın inkişaf etməsində maraq var: "Düşünürəm, 2021-ci ildə biz bu cür yeni svop vasitəsi ilə cəlb etmələrin şahidi olacağıq".
Xatırladaq ki, ötən ilin may ayında AMB və AYİB arasında Azərbaycanda COVID-19 koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə 200 mln. ABŞ dolları dəyərində svop müqaviləsi bağlanıb.
30 Dekabr 2025 17:05
1 876
30 Dekabr 2025 16:41
1 939
30 Dekabr 2025 16:22
2 002