Vüsal Hüseynov: "Azərbaycanda işləyən Türkiyə vətəndaşlarının sayı ilbəil artır" İqtisadiyyat
- 9 İyun 2021 17:09
- 3 710
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
DMX-dan verilən məlumata görə, Vüsal Hüseynov səfiri yeni təyinatı ilə əlaqədar təbrik edib. O, Müzəffər Ordumuzun rəşadəti sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilməsində Türkiyənin Azərbaycanın haqlı mövqeyinə verdiyi dəstəyi yüksək qiymətləndirib. V.Hüseynov hər iki dövlət başçısı arasındakı diplomatik və qardaşlıq münasibətlərinin ölkələrarası əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Xidmət rəisi bildirib ki, iki ölkə arasındakı dil və mədəniyyət yaxınlığı qarşılıqlı miqrasiyanın intensivliyinə səbəb olan əsas amillərdəndir. Azərbaycanda yaşayan və işləyən əcnəbilər arasında Türkiyə vətəndaşları ilk sıralarda yer alır və bu tendensiya ilbəil artır. Bu da miqrasiya qurumları arasındakı əməkdaşlığın genişlənməsinə imkan yaradır. Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış sazişə əsasən milli şəxsiyyət vəsiqələri əsasında vətəndaşların vizasız gediş-gəliş rejiminin tətbiqinin davam etdirildiyini vurğulayıb. Vətəndaşlarımızın əmək fəaliyyətinə cəlb olunması məsələsində həyata keçirilən sadələşdirmələrə də toxunan Vüsal Hüseynov miqrasiya sahəsində əməkdaşlığın mühüm nəticələr verəcəyinə diqqət çəkib. İcazəsiz yaşayan şəxslərin readmissiyası və həyata keçirilməsi planlaşdırılan saziş layihələrindən bəhs edib. Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini bildirən Xidmət rəisi hazırda beynəlxalq tərəfdaşların dəstəyi ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib.
Cahit Bağçı qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Miqrasiya sahəsində əlaqələrin daha da inkişafı istiqamətində mühüm layihələrin icra olunacağına əminliyini bildirib. İki ölkə arasında gediş-gəlişin daha da sədələşdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Azərbaycanın Əməkdar artisti vəfat etdi
-
Türkiyənin yeni maliyyə siyasəti ona həssaslığı azaltmaqda kömək edir - BVF
-
Azərbaycan nefti bahalaşdı
-
Nə oldu, Makron?
-
Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib
-
Ələt-Astara yolunda qəza olub, xəsarət alanlar var
-
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
-
NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri göndərmək barədə razılığa gəliblər
-
Bu yollarda tıxac var - SİYAHI
-
Laçında bədbəxt hadisə: ekskavatoru təmir edən usta ölüb
-
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
-
İtaliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
-
Rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
-
Ukrayna 590 təyyarəsini itirib
-
Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar
-
Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəlib
-
Bakı və İrəvan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək
-
Prezident İlham Əliyevin növbəti qələbəsi: Ermənistan Qazaxın 4 kəndini qaytarır
-
Bu ilin birinci rübündə qeydə alınmış cinayətlərin 85 faizi açılıb
-
“Ombudsman haqqında” Konstitusiya Qanununda dəyişiklik edilib - FƏRMAN
-
Ermənistan-Azərbaycan delimitasiya komissiyasının iclası keçirilib - Bir sıra məsələlərlə bağlı razılıq əldə edilib
-
“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN
-
“Terminologiya məsələsinə diqqət yetirmək lazımdır”
-
Üzərinə həbs qoyulmuş əmlakın satılması və idarəetməyə verilməsi qaydaları hazırlanacaq - FƏRMAN
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
-
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
-
ABŞ Qarabağda Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasının əleyhinədir
-
NATO Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulundan narahatdır
-
Bu gün Sulduz əhalisinin qətliamının ildönümüdür
-
Rusiya XİN rəhbəri: İranın nüvə silahı yoxdur
-
Lavrov Moldova və Ermənistan rəhbərliyinə xəbərdarlıq edib
-
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
-
Lavrov: Ermənistan Avrasiya İqtisadi İttifaqından ən çox fayda götürən ölkədir
-
Türkiyə XİN İsraillə İrana çağırış edib
-
Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefonla danışıb
-
Lavrov Ermənistanın KTMT ilə bağlı ittihamlarına cavab verib
-
NATO “xarici agentlər” qanununun Gürcüstan parlamentində qəbul edilməsindən narahatdır
-
“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb
-
Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb
-
Bakı Fransız Liseyi niyə bağlanır? - Səbəb AÇIQLANDI
-
Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır
-
Lavrov: Ukrayna ilə bağlı danışıqlar başlasa belə, hərbi əməliyyatlara fasilə verilməyəcək
-
NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək
-
Regionun lideri: Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülüb
-
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
-
“Hər gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında veteranları görürük”
-
“Milli Məclis büdcə vəsaitlərindən səmərəli istifadəyə ciddi şəkildə nəzarət etməlidir” - Qüdrət Həsənquliyev
-
Xəzərdə yaradılacaq süni torpaqlarda tikinti işlərinə icazə veriləcək
-
Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq
-
Kirayə üçün kompensasiya veriləcək - Kimlərə şamil ediləcək?
-
İran MN: İsfahan üzərində vurulan PUA-lar sınaq məqsədilə buraxılıb
-
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir
-
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - ƏMR
-
ABŞ və Qərb dairələri Cənubi Qafqazda sülh olmasında maraqlı deyil - ŞƏRH
-
Sülhməramlıların ərazilərimizi daha tez tərk etməsini şərtləndirən amillər var idi - Deputat
-
Bu şəxslər 1500 manat cərimələnəcək
-
Bu halda ipotekaya xitam veriləcək
-
Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq
-
Kimlərin maaşları artırılacaq? - Dəyişiklik QƏBUL EDİLDİ