Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyunun 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,27% – 34,299.33 bəndədək, S&P 500 indeksi 0,20% – 4,246.59 bəndədək, Nasdaq indeksi isə 0,71% – 14,072.86 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 15-də FTSE 100 indeksi 0,36% – 7,172.48 bəndədək, Fransanın CAC-40 indeksi 0,35% – 6,639.52 bəndədək, Almaniyanın DAX indeksi isə 0,36% – 15,729.52 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% azalaraq 1 859,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% artaraq 1,2127 dollar təşkil edib.