Hindistanın Bakıdakı Səfirliyi ilk dəfə “Böyük Hindistan Manqo Festivalı” təşkil edib
Büdcədən vətəndaşlara və sahibkarlara qaytarılan vəsaitin həcmi 155 mln. manata çatıb
Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb
Çin hərbi müqavilənin imzalanmasından sonra ballistik raket buraxıb
23 İyun 2021 12:25
4 564
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı işlər həyata keçirilir. Biz Ağdam şəhərinə səfər edərknə quruculuq işlərini əyani şəkildə gördük. Artıq yollar, binalar, məktəblər tikilir, ərazi canlanır. Trend-in məlumatına görə, bunu Ağdamda səfərdə olan baş nazirin müavini Şahin Mustafayev deyib.
Ş.Mustafayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilər çiçəklənəcək və nəinki Azərbaycanın, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək:
“Bu işlər davamlı olaraq həyata keçirilir. Bu gün Ağdamda keçirilən tədbirin əsas məqsədiişğaldan azad edilən ərazilərdə su ehtiyatlarından səmərəli istifadə edilməsini təmin etməkdir. Bu gün biz qürur hissi ilə Ağdamın işğaldan azad edilmiş ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclasını keçirdik”.